Tovuz rayon Mərkəzi kitabxanası

Tovuz rayon MKS
Tədbirlər
15 Noyabr , 2016

Tovuz rayon MKS-də kitabxana sahəsinin müasir dövrün tələblərinə uyğun inkişafı, yeni forma və üsullardan ibarət  xidmətlərin tətbiq olunması xüsisu diqqət mərkəzində saxlanılır. Kitabxanalarda yeni tətbiq olunan iş üsullarındn biri də yaşlı və əlil insanlara evdə kitabxana xidmətinin təşkilidir. Bu məqsədlə hər bir kitabxana filialı öz ərazisində yaşayan yaşlı və əlillərin mövcudluğunu və onları maraqlandıran mövzuları müəyyənləşdirmişdir. Bundan sonra mütəmadi olaraq hər bir yaşlının və əlilin evinə kitab aparılmasına başlanılmışdır. Bu xidmət zamanı kitabxanaçılar tərəfindən təqdim olunan kitablar haqqında oxuculara məlumat verilir. Bundan sonra əgər oxucu istəyirsə kitabxanaçı onu maraqlandıran kitabın ucadan oxusunu keçirir.