Tovuz rayon Mərkəzi kitabxanası

Tovuz rayon MKS
Xəbərlər
14 Dekabr , 2017

Qarşıdan Yeni İl gəlir. Bildiyiniz kimi, Yeni İl Bayramı dedikdə ilk ağıla gələn bəzədilmiş Şam Ağacı və yaxud el dili ilə desək Yolka ağlımıza gəlir. Bəzədilmiş Şam Ağacı bu bayramın bir atributudur ki, yarandığı gündən bəri müxtəlif millətlər tərəfindən qəbul edilərək inkişaf yolu keçmişdir.

İndi bizim gördüyümüz bəzədilmiş Şam Ağacı ilk əvvəl belə olmayıb. İndi bəzən Şam Ağacını elə bir formada bəzəyirlər ki, hətda onun şam ağacı olduğunu belə görmək mümkün olmur.

İndi gördüyümüz işiqlı və üzərində müxtəlif formalı oyuncaqlarla bəzədilmiş və müxtəlif millətlərin adət-ənənələrini özündə əks etdirən Şam Ağacı bu bayramı qeyd edən bütün insanları ( dinindən və irqindən asılı olmayaraq) birləşdirməyə, paylaşmağa, sevgiyə, dostluğa, yeni arzulara, yeni ümidlərə aparmağa xidmət edir.

Onu qeyd edim ki, bu bayram  ən çox sevilən bayramlardandır. Uşaqdan böyükə hamının sevdiyi bu bayram əvvəllər daha gözəl qeyd olunardı. İnsanlar bu bayrama  daha gözəl hazırlaşadılar. Lakin indi fikirlər dəyişir, insanların düşüncələri dəyişib və bu səbəbdən bu bayram 10 il əvvəl olduğu kimi qeyd olunmur.Lakin buna baxmayaraq indiki Şam Ağaclarını daha kreativ və innovativ üsul ilə bəzədilməsi onu göstərir ki, insanların düşüncələri və bayram qeyd etmə tərzləri dəyişsə də bu bayrama qarşı diqqət və sevgi hələ dəyişməyib. İnsanlardan bəzisi Şam Ağaclarına müxtəlif şokoladlar bağlayır ki, gələn il daha gözəl və şirin anlarla dolu olsun və bəzi insanlar arzularını müxtəlif rəngli kağızlara yazıb Şam Ağacından asırlar ki, gələn il bu arzuları çin olsun və sairə…

Onu qeyd edim ki, bayramı bəzəyən ümumilikdə insanın həyatını bəzəyən ümidlər, arzular, istəklərdir ki, insanlar onları müxtəlif formada təzahür edirlər. İnsanlar Şam Ağacından arzularının çin olmasını yox, bir növ bunu etməklə bu arzularının çin olacağına əmin olurlar və özlərində güvən, həyat eşqi yaradırlar ki, bundan da gözəl heç bir şey yoxdur. Əgər insanların, ümidləri, gözəl arzuları varsa deməli dünyamızda sevgi də var, dəyərdə var və Həyatda var! Bayramlar insanları birləşdirir onlara paylaşmağı, sevməyi və ümid etməyi öyrədir ki, bəlkə də dünyamızın indiyədək qalmasına səbəbi məhz həmin bayramladır və insanlarda olan bayram əhval-ruhiyyəsidir.

Odur ki, Şam Ağacınızı hələ bəzəməmisinizsə və yaxud Şam Ağacı bəzəmirsinizsə gedin elə indicə Şam Ağacı alın yaxud bəzəyin və ürəyinizdə daxilinizdə çalışın sevinc və bayram əhval-ruhiyyəsi yaradın. İnanın ki, bundan sonra həyatınız, ümidləriniz daha gözəl və işıqlı olacaqdır. Yeni İl Ağacınız ümidlərinizin və məqsədlərinizin çırağı olsun inşallah .Amin!